20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər davam edir

    20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər məktəbdə davam edir. Sinif müəllimləri Məhsəti Rəhimova 4 “D”, İrina Hacıyeva 3 “B” və Diana Ağaverdiyeva 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə açıq sinif təşkilatı saatları keçirmişlər. Sinif saatları Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər və sənədli filmlərlə davam etmişdir. Sonda sinif müəllimləri Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi barədə ətraflı məlumat verərək, şagirdlərə 20 Yanvar faciəsini unutmamağı, tariximizi dərindən öyrənməyi və vətəni sevməyi tövsiyə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi