XII Respublika üzrə Rus dili və ədəbiyyatı olimpiadası keçirilmişdir

    Azərbaycan Respublikasında Rusiya Səfirliyinin, Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin nümayəndəsinin, AR Təhsil Nazirliyinin, Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə 18 yanvar tarixində "XII Respublika üzrə Rus dili və ədəbiyyatı olimpiadası“ həyata keçirilmişdir. Olimpiada məktəbdə çox yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, yarışmada könüllü əsaslarla Nizami və Xətai Rayon Rus və Azərbaycan bölməsi üzrə 300 nəfərdən çox VII-VIII sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Təşkil olunmuş yarışmada Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Denisov Valentin Petroviç, Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Yakunina Lyubov Timofeyevna və BŞTİ-nin xarici əlaqələr şöbəsinin əməkdaşı İlqar Dadaşov iştirak etmişlər. Olimpiadada iştirak edən 300 nəfərdən artıq şagirdlər sertifikatlarla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi