20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

  17 yanvarda məktəbdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq əbədi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbir ədəbiyyat müəllimləri İradə Mürsəlova, Sevda Cəfərovanın rəhbərliyi və 5 “A”, 8 “A” sinif şagirdlərinin iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər və səhnəciklərlə davam etmişdir. Sonda məktəbin direktoru Nazilə Əliyeva Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi barəsində ətraflı məlumat verərək, şagirdlərə 20 Yanvar faciəsini unutmamağı, tariximizi dərindən öyrənməyi və vətəni sevməyi tövsiyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi