20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirildi

    17 yanvar tarixində 17 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar” faciəsinin otuzuncu ildönümü ilə bağlı, 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. Dərslərdə ilk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Müəllimlər dərs zamanı 20 Yanvar hadisələri barədə geniş məlumat vermiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulamışlar. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələrin qan yaddaşımıza yazıldığını, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etmişlər. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının qəhrəmanlıqlarından bəhs etdilər.

    Bu gün bütün şagirdlərə 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi, vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi