20 Yanvar faciəsi şəhidlərinin məzarları ziyarət edildi

    Respublikamızın hər yerində olduğu kimi 17 nömrəli tam orta məktəbin də müəllim və şagird kollektivi Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsini yad edirlər.

    Məktəbin 2 “Ə” sinif şagirdləri sinif müəllimi Elmira Ağayeva ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarının üzərinə qərənfil dəstələri düzmüşlər. Onların kiçik qəlbində gördükləri bu mənzərə dərin kədər yaratsa belə, onlar da böyüyüb bu məzarlarda uyuyan xalqımızın igid oğul və qızları kimi vətən uğrunda canlarından keçməyə, lazım gələn zamanda torpaqlarımızın müdafiəsinə qalxmağa hazır olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi