İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun konfrans keçirildi

    29 dekabrda məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun konfrans keçirildi. Konfransı tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev açdı və “Nəsimi İli” haqqında qısa məlumat verərək sözü ədəbiyyat müəllimi Atlas Hüseynovaya verdi. Sonra 8 “Ə” sinif şagirdi Nərgiz Hacılı və 9 “D” sinif şagirdi Telli Zeynalova öz çıxışlarında şairin həyat və yaradıcılığına, qəzəllərinə həsr olunmuş şeirlər səsləndirərək dinləyicilərin rəğbətini qazandılar. Sonda "Nəsimi" filmindən parçalar nümayiş etdirilərək müzakirə edildi. Konfransda müdiriyyət, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev konfrans iştirakçılarına öz təşəkkürünü bildirərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi