Yeni ilə həsr olunmuş tədbir keçirildi

    19 dekabrda 17 nömrəli tam orta məktəbdə yeni ilə həsr olunmuş tədbir təşkil edildi. Tədbir sinif müəllimi Samirə Xəlilovanın rəhbərliyi ilə məktəbəhazırlıq qrupunda oxuyan uşaqların iştirakı ilə keçirilmişdir. “Yeni il nağıllarına səyahət” tədbiri zamanı balaca fidanlar şeirlər, mahnılar söyləmiş, rəqslər nümayiş etdirmişlər.

    Uşaqların sevincinə sevinc qatan Şaxta baba və Qar qız uşaqları əyləndirmiş, onlara hədiyyələr vermiş, qarşıdan gələn yeni ildə məşğələlərində uğurlar arzulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi