“Valideynin məktəbdə bir günü” layihəsinə həsr olunmuş tədbir keçirildi

    Dekabrın 17-də 17 nömrəli tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il tarixli F-448 nömrəli əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinə həsr olunmuş tədbir həyata keçirildi. I-XI sinif şagirdlərinin valideynləri ilə akt zalında keçirilən görüşdə məktəbin direktoru Nazilə Əliyeva bu görüşün mahiyyəti, "Hər bir şagird istedaddır!” mövzusunda söhbət apardı. Tədbirdə məktəb müdiriyyəti, müəllimlər və valideynlər iştirak etdilər. Daha sonra məktəbin müəllimləri: Cəmilə Rzayeva, Rəhilə Quliyeva, Şölə Qurbanova məruzələrlə çıxış etdilər. Məktəbin valideynləri sorğu-suallarda fəal iştirak etdilər, onları maraqlandıran suallar cavablandırıldı. Tədbir müəllim və şagirdlərin valideynlər üçün hazırladıqları bədii çıxışlarla davam etdi. Sonda məktəbin direktoru qeyd etdi ki, belə görüşlər məktəb-valideyn əməkdaşlığına, şagirdlərin nailiyyətlərinə, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət mənada təsir göstərəcək və şagirdlər daha da böyük uğurlar əldə edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi