Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi

    12 dekabrda 17 nömrəli tam orta məktəbin kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir kitabxana müdiri Sevinc Qurbanova tərəfindən təşkil edildi. “Müdrik rəhbər” mövzusunda təşkil edilən bu tədbirdə 6 "E" sinif şagirdləri iştirak edirdilər. Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Şagirdlərin hazırladıqları çıxışlar, şeirlər mövzunu tam anlamında əhatə edirdi. Tədbirdə şagirdlər böyük şəxsiyyətin həyatı, Ulu Öndərin müdrik siyasəti və onun Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi