Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir

    12 dekabrda 17 nömrəli tam orta məktəbdə 4D” sinif şagirdləri sinif müəllimi Məhsəti Rəhimovanın rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Ulu Öndər qəlbimizdə daim yaşayacaqdır” adlı tədbir keçirmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlamış, şagirdlərin ifasında şeirlərlə davam etmişdir. Tədbirin davamı olaraq şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir. Sonda sinif müəllimi Məhsəti Rəhimova Ulu Öndərin misilsiz xidmətlərindən söz açdı. O, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi