İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi

      Dekabrın 6-da məktəbin X “C” sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Həmidova Gülnarənin rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbir zamanı İsmayıl Şıxlının həyat və yaradıcılığından danışılmış, yazıçının şah əsəri olan “Dəli Kür” əsəri müzakirə olunmuşdur. Sonda əsərin əsasında çəkilmiş “Dəli Kür” filmindən videoçarx təqdim olunmuş, əsərlə film arasındakı fərqlər qeyd olunmuşdur. Dərs zamanı şagirdlər maraqlı fikirlərlə çıxış etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi