“Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi

      04 dekabrda məktəbin II, III, IV sinif şagirdlərinin iştirakı ilə “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi. Müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda və dərnəklərdə təmsil olunmasını təmin etməkdən ibarətdir.

      Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələ məktəbdaxili mərhələdir. İbtidai sinif komandaları arasında keçirilən məktəbdaxili mərhələdə 2 “Ə”, 3 “E”, 4 “B”, 4 “C” sinif şagirdlərindən ibarət “SOS” komandası qalib olmuşdur. Qalib komanda Xətai rayon mərhələsində iştirak etmək hüququ qazanır.

    Uğurlar sizə balaca fidanlar!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi