İqtisad Universitetinin dosenti ilə məzunların görüşü keçirildi

  04 dekabrda 17 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Məmmədov ilə məzunlar arasında görüş keçirildi. Görüşün əsas məqsədi məzunları bu ali məktəblə, onun elmi-texniki bazası ilə yaxından tanış etmək idi. Tədbirdə çıxış edən qonaq məktəbin məzunlarına İqtisad Universitetinin nəzdində yaradılmış Rus İqtisadi Məktəbinin uğurları, təhsil sistemi haqqında geniş məlumat verdi. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi