Şagirdlərimizin uğurlarıBakı şəhərində Təhsil Texnalogiyaları Mərkəzi ilə birgə fəaliyyət əsasında Kenquru Beynəlxalq Riyaziyyat Yarışması keçirildi və məktəb-liseyin VIII b sinif şagirdləri Toğrul Ağayev, Hikmət Güləliyev, Tural Ağayev 100 bal toplayaraq yaxşı nəticə göstərmişlər.Şagirdlərimizi təbrik edirik!!!
Məktəbin fəxriMəktəb-liseyin şagirdi Musazadə Rəşad H.Ə.Əliyevin xatirəsinə həsr olunmuş Prezident kuboku və Açıq Azərbaycan çempionatında bacarıq göstərərək 12-13 yaşlı uşaqlar arasında I yerə layiq görülmüş , diplom və medalla təltif olunmuşdur.
Məktəbin fəxriAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi VKC növləri üzrə Azərbaycan Karate-Do Federasiyası Azərbaycan Respublikasının Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsinə həsr olunmuş açıq Bakı çempionatında bacarıq göstərərək məktəb-liseyin şagirdi Musazadə Rəşad II yerə layiq görülmüşdür.