Məktəb-liseydə “Açıq qapı” günü keçirilib

     Məktəb-liseydə “Açıq qapı” günü keçirilib. Görüş 1-ci sinifdən 11-ci sinifədək olan şagirdlərin valideynləri üçün nəzərdə tutulub. Valideynlər müəllimlərlə görüşərək məktəbdə aparılan işlərlə bağlı ətraflı məlumat alıblar. Açıq qapı gününün əsas məqsədi valideynlərin məktəb həyatında daha fəal iştirakını təmin etmək və müəllim-şagird-valideyn əməkdaşlığını gücləndirmək olub. Görüş səmimi və qarşılıqlı dialoq şəraitində başa çatıb. Belə görüşlər həm şagirdlərin təhsil motivasiyasını artırır, həm də valideynlərin məktəb həyatına daha yaxından qoşulmasına şərait yaradır. Məktəbəhazırlıq sinfinin müəllimləri valideynlər üçün xüsusi sürprizlər hazırlayıb. Müəllimlər valideynlərə özü kiçik, amma mənalı və xüsusi hədiyyələr təqdim edib. Görüşdə müəllim, valideynlərə məktəbə adaptasiya prosesini daha asan keçirmələri üçün faydalı məsləhətlər verib və uşaqların məktəbə uyğunlaşmasını asanlaşdırmaq məqsədilə bir sıra praktik tövsiyələr təqdim edib. Bu cür tədbirlər, məktəbin və müəllimin şagirdlərin ilk təhsil mərhələsində valideynlərlə əməkdaşlıq etməsinin vacibliyini bir daha vurğulayır. Valideynlər, müəllimin hazırladığı bu sürprizləri böyük sevinc və həyəcanla qarşılayıb, uşaqlarının məktəbə qədəm qoymalarını daha rahat və xoş bir şəkildə yaşayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi