Hüquqlarıma hörmətlə yanaşın!
Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Məktəb-liseyin 7A sinfində "“İnsan hüquqları aylığı” çərçivəsində "Hüquqlarıma hörmətlə yanaşın" adlı tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarət olub. Tədbirdə şagirdlər tərəfindən çəkilən rəsmlər, hazırlanan təqdimatlar da diqqəti cəlb edib.