Anım Gününə həsr olunmuş tədbir keçirilib

Məktəb-liseydə "Anım Günü" ilə əlaqədar tədbir keçirilib. Anım Günü - Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsiylə başlayıb, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla yad edilib. Şəhidlərə və vətənə həsr olunmuş şeirlər söylənilib, mahnılar ifa edilib.