Pedaqoji Şuranın növbəti iclası keçirilib

Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclasda gündəmdə olan məsələlər aşağıdakılar olub.
1. Metodbirləşmə rəhbərlərinin hesabatlarının dinlənilməsi
2. 2022-2023-cü tədris ilinin yekunlarının müzakirəsi
3. Şagirdlərin yuxarı sinfə keçirilməsi, yay tapşırığı alması, payız imtahanlarına və təkrar sinifdə saxlanması məsələlərinə baxılması
4. 9-cu siniflərə ümumi orta təhsil, 11-ci siniflərə tam orta təhsil haqqında adi və fərqlənmə attestatlarının verilməsi
İclasda həmçinin Ulu öndərin 100 illiyinə həsr olunmuş fəaliyyətlər, keçirilmiş digər tədbirlər müzakirə olunub. Məktəb-liseyin ictimai işlərində tədris ili ərzində fəal iştirak etmiş təhsil işçiləri, 65 yaşı tamam olmuş müəllimləri Fəxri fərmanlarla təltif edilib.