Heydər Əliyev Mərkəzinə ekskursiya

Şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə Xətai rayonu 165 nömrəli tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilir. 27 sentyabr tarixində məktəbin 60 nəfər şagirdi və dörd müəllimi "Heydər Əliyev Mərkəzin" də ekskursiyada olmuşlar. Ekskursiya zamanı onlara mərkəzin əməkdaşları tərəfindən Heydər Əliyev haqqında geniş məlumat verilmişdir. Şagirdlərimiz ekskursiyadan böyük təəssüratlarla geri qayıtmışdırlar. Məktəb rəhbərliyi adından Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkür edirik.