Dərnək rəhbərləri ilə görüş

Azərbaycan Respublikası Təhsil nazirinin "Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası"nın təsdiq edilməsi barədə 04.08.2017-ci il tarixli, 238 nömrəli əmrinin icrası ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "İşçi qrupunun yaradılması barədə" 05.08.2019-cu il tarixli F-296 nömrəli əmrinə uyğun olaraq 2019-2020-ci dərs ilinə hazırlıqla əlaqədar ümumtəhsil müəssisələrində dərnək şəbəkəsinin komplektləşdirilməsi işləri artıq yekunlaşmaq üzrədir. Xətai rayonu 165 nömrəli tam orta məktəb üzrə də dərnək rəhbərləri ilə yekun görüş təşkil olundu. Hazırlanacaq sənədlərin siyahısı dəqiqləşdirildi və plana uyğun görüləcək işlər barədə fikir mübadiləsi aparıldı.