" Xocalı soyqırımı " - Tədbir
Tədbirdə məktəbin pedoqoji kollektivi, şagirdlər, valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himmi ilə başladı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin söylədiyi şeirlər, bədii mətn parçaları tədbir iştirakçılarını o illərə apardı. Həmin qanlı gecə təkrar yaşandı . Müdhiş gecənin acı xatirələri düşmənə nifrəti artırdı. İşğal altında olan torpaqlarımızın qaytarılmasına ümid, faciə qurbanlarının anılması, düşməndən intiqam alınması - tədbirin əsas qayəsi oldu. Əzizim, keçer geder Gələnlər köçər gedər Hər kəs öz əkdiyini Axırda biçər gedər