Fövqəladə hallar uşaqların gözü ilə

20.12.2018-ci il tarixdə Bakı şəhər Xətai rayonu 165 nömrəli tam orta məktəbin VII sinif şagirdi Vəliyev Fəqan Təhsil və Fövqaladə Hallar nazirlikləri tərəfindən 2018-ci ildə keçirilmiş "Fövqaladə hallar uşaqların gözü ilə" respublika uşaq yaradıcılıq müsabiqəsində "Yanğın və qəza-xilasetmə texnikasının modeli" nominasiyasında Respublika üzrə III yerə layiq görülmüşüdür. Fəqan Təhsil Naziri cənab Ceyhun Bayramovun və Fövqaladə hallar naziri cənab Kəmaləddin Heydərovun fəxri fərmanlarına layiq görülmüşdür. Şagirdimizi təbrik edir, ona yeni -yeni uğurlar arzu edirik.