Olimpiadanın ilk mərhələsi

16.11.2018-ci il tarixdə 165 saylı tam orta məktəbdə Respublika fənn olimpiadalarına şagirdlərin məktəb üzrə seçim turu keçirildi. Ana dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, informatika və ingilis dili fənləri üzrə VI-XI sinifdə oxuyan 200-ə yaxın şagird iştirak etdi. İmtahanlardan sonra yüksək nəticə göstərmiş şagirdlərlə olimpiadaya hazırlıq qrupları yaradılacaqdır. Həmçinin məktəb üzrə istedad bankının yaradılması əsas məqsədlərimizdən biri olacaqdır