"Kaspi Təhsil Mərkəzinin" 165 saylı məktəbdə təhsil alan azyaşlı quruplarının "Yeni il" şənliyi
26.12.2015-ci il tarixdə "Kaspi Təhsil Mərkəzinin" 165 saylı məktəbdə təhsil alan azyaşlılarının Azərbaycan və rus quruplarında "Yeni il" şənliyi keçirildi.Şənlik Azərbaycan qurupunun müəllimi Kazımova Səadət Kamal qızı, rus qurupunun müəllimi Həsənova Ulduz Qəhrəman qızı tərəfindən hazırlanmışdır. Şənlikdə balacalar şaxta babanın verdiyi suallara həvəslə cavab verdi, şeirlər əzbər söylədi, rəqs etdilər. Şənlik azyaşlıların yaddaşında silinməz izlər buraxdı, gələcəkdə məktəbə həvəslə gəlmələrinə stimul yaratdı.