Məktəbdaxili monitorinqlər

Tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud olan problemləri vaxtında aşkar etmək məqsədilə 02.11.2018-ci il tarixdə məktəbin IV siniflərində tədris alan şagirdlərin Ana dili və riyaziyyat fənlərindən I monitorinqi təşkil olundu. Monitorinq buraxılış imtahanlarına düşən sual modellərindən ibtidai sinif həcmində hazırlanmışdır. Mütəmadi olaraq təşkil ediləcək monitorinqlər şagirdlərin bilik və bacarıqlarının artmasına vəsilə olacaqdır.