Valideyn icması ilə görüş

18 oktyabr tarixində VIII-XI siniflərin valideyn icma üzvləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüş zamanı yuxarı sinif şagirdləri ilə aparılacaq işlər barəsində valideynlərə ətraflı məlumat verildi. Məktəbin direktoru Vüqar Məmmədov məktəbdə təşkil olunmuş təmayül siniflər barədə valideynlərə məlumat verdi.Təmayül siniflərdə təhsil alacaq şagirdlərin ali məktəbə hazırlıq prosesində bu siniflərin əhəmiyyətini geniş şərh etdi.Qarşılıqlı müzakirələr aparıldı. Eyni zamanda valideynləri narahat edən məsələlər dinlənildi və bəzi məsələlər isə qeydiyyata alındı. Valideynlərin irad və təklifləri dinlənildi. Qarşlıqılı əməkdaşlıq üçün xüsusi plan hazırlanması, valideynlərin məktəbin fəaliyyətində rolunun artırılması haqqında qərar verildi. Ümid edirik, bu təşəbbüslər qısa zamanda məktəbdə təhsilinin keyfiyyətinin artması ilə yanaşı, sağlam mühitin formalaşmasına təkan vermiş olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi