18 Oktyabr Dövlət Müstəqilliyi günüdür.

18.10.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon 165 nömrəli tam orta məktəbdə 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə " Müstəqilliyimiz əbədidir" başlığı altında tədbir təşkil olundu.Tədbirdə iştirak edən şagirdlər Dövlət Müstəqilliyi Günü haqqında geniş məlumat verməklə yanaşı , müxtəlif şeir, rəqs və mahnılarla çıxış etdilər. Tədbir qonaqlar tərəfindən xüsusi maraqla qarşılandı.Tədbirin sonunda qonaqlar və məktəbin direktoru Vüqar Məmmədov şagirdlərə və müəllimlərə bu gözəl tədbir üçün təşəkkür etdilər.