Müəllimlərin peşə bayramı

05.10.2018-ci il tarixdə Xətai rayonu 165 nömrəli tam orta məktəbdə " 5 Oktyabr Müəllim günü " ilə bağlı tədbir təşkil edildi .Tədbirdə şagirdlər müəllimlər üçün müxtəlif şeir , mahnı və rəqs nümunələri təqdim etdilər .Məktəbin direktoru Vüqar Məmmədov ilk dərsdə məktəb rəhbərliyi ilə birlikdə sinifləri gəzərək müəllimləri təbrik etdi.
" 5 Oktyabr müəllim günü " münasibətilə məktəbimizdə elan olunmuş " Müəllimlərə arzularım " layihəsinin qalibləri təltif olundu.
Bütün müəllimlərə işlərində uğurlar , müvəffəqiyyətlər arzu edirik.