Müəllimlərə arzularım

Artıq ikinci ildir ki, 5 oktyabr beynəlxalq müəllimlər günü münasibətilə məktəbimizdə "Müəllimlərə arzularım" adlı müsabiqə keçirilir. Müsabiqədə məktəbimizdə oxuyan bütün şagirdlər iştirak edə bilərlər. Əsas şərt isə müəllimlərə olan mənəvi arzularınızı videorolik, foto, rəsm, inşa, esse, açıqca, məktub və s. formalarda təqdim etməkdir. Müsabiqə üçün yaradılmış komissiya 5 oktyabr müəllimlər günündə ən yaxşı işləri rəğbətləndirəcəkdir. Təqdim olunacaq işlər üçün son tarix 30 sentyabr 2018-ci ildir. 
"Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et" şüarı ilə keçirilən müsabiqədə hər kəsə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi