Son zəng

14.06.2018-ci il tarixdə Bakı şəhər Xətai rayonu 165 nömrəli tam orta məktəbdə " Son zəng " tədbiri keçirildi.Tədbirdə məktəbin şagirdləri və məzunlar müxtəlif rəqs , mahnı və şeirlərlə çıxış etdilər. Əvvəlcə Azərbaycan bayrağı təntənəli şəkildə gətirildi.Azərbaycan himni ilə başlayan tədbirdə Məktəbimizin direktoru Vüqar Məmmədov , direktor müavinləri , müəllimlər , qonaqlar və valideynlər şagirdləri təbrik etdilər.Tədbirin sonunda məktəbimizin fəxri məzunu Nicat Qasımov simvolik " Bilik açarı " nı 10-cu sinif şagirdi Taleh Yusubova təqdim etdi.Tədbir birinci sinif şagirdlərinin çaldığı zəng sədaları ilə yekunlaşdı.Biz də Azərbaycanın bütün məzunlarını təbrik edirik. Vətənimiz üçün xeyirli vətəndaşlar olsunlar.