" Əbədi müstəqillik "

24.05.2018- ci ildə Xətai rayon 165 nömrəli tam orta məktəbdə açıq havada Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə hərbi formalı birincilərin müşaiyəti ilə bayrağımız gətirildi.Tədbir Azərbaycan Demokratik Respublikasının yaranma tarixi , fəaliyyəti , tariximizdə rolu və s haqqında Rus və Azərbaycan bölməsi müəllimlərinin mühazirələri ilə yekunlaşdı.Şagirdlərimizdə milli vətənpərvərlik ruhunun inkişafında bu tip tədbirlərin xüsusi rol oynadığını qeyd edən məktəbimizin direktoru Vüqar Məmmədov şagirdlərə vətənimizi ,tariximizi ,bayrağımızı hər zaman sevməyi ,qorumağı tövsiyyə etdi.