Tolerantlıq nədir?
Dekabr ayında 165 nömrəli məktəbdə "Mən tolerantlığı nece başa düşürəm?" mövzusunda dəyrmi masa keçirilmişdir. Dəyrmi masada "tolerantlıq" sözünün latın sözü olubbaşqalarının fikrinə, dini etiqadına,adət ənənəsinə və davranışına dözümlülük, xoş münasibət mənasını verməsi dəyrmi masa iştirakcılarının nəzərinə catdırdıqdan sonra tarix müəllimi Mikayılova Ülviyyə mövzu ilə ətraflı cıxış etdi. O, öz cıxışında göstərdi ki, Azərbaycan dünya üzrə ən tolerant ölkələrdən biridir, yəni bizdə milli azlıqlar coxluq təşkil etsə də, hər bir etnik qurupa hörmətlə yanaşılır, onların irqi, dini mənsubiyyətləridaim diqqət mərkəzindəddir. Ü.Mikayılova öz cıxışında bildirdi ki, bizim respublikamızda 90,6% azərbaycanlı, 9,4% işə ləzgi,rus,talış,udin,tatar və yahudilər yaşayırlar.Bu milli azlıqların ütün hüquqları qorunur. Digər dəyrmi masa iştirakcısı tarix müəllimi Qazıbəyova Miladə öz çıxışına "Qurani kərim"in 49-cu surəsinin 13-cü ayəsi ilə başladı :"Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından (Adəm və Həmadan) yaratdıq, sonra sizi xalqlara və qəbiləllərə ayırdıq ki, bir -birinizi tanıyasınız". Bu o deməkdir ki, insanın dili, etiqadı müxtəlif olsa da, hamı bəşər övladıdır, ona qarşı hamının eyni davranması vacibdir. M.Qazıbəyova cıxışının sonunda vurğuladı kı, təəssüflər olsun ki,hələ bir cox yerlərdə milli zülm,etnik ayrı seçkilik davam edir.Dəyrmi masanın sonunda məktəbin direktoru Nemət Məmmədov ümummili lider Heydər Əliyevin milli azlıqların hüquqlarının qayğısına qalmaq tövsiyəsini xatırlatdı: "Coxmilətlilik Azərbaycanın Sərvətindən biridir və bu xalqların azərbaycanlılarla birlikdə yaşaması, normal şəkildə öz mədəniyyətlərini inkişaf etdirməsi bizim ən böyük naliyyətimizdir.