Olimpiada uğurlarımız
Bu gün daha bir şad xəbər aldıq. Respublika fənn olimpiadalarının final mərhələsində Coğrafiya fənni üzrə iştirak edən IX sinif şagirdimiz Dünyamalıyev Zeynal II yeri tutaraq Gümüş medala layiq görülmüşdür. Bu məktəbimizin tarixində ən yüksək nəticədir. Həmçinin XI sinif şagirdi Talıbova Kəmalə Coğrafiya fənni üzrə təşəkkürnaməyə layiq görülüb. Hər iki finalçımızı təbrik edirik. Gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Afərin uşaqlar.