General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar olaraq keçirilən tədbir
18.12.2015-ci il tarixində Bakı şəhəri 165 nömrəli tam orta məktəbdə general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi ilə əlaqədar ədəbi - bədii gecə keçirildi. Ədəbi-bədii gecədə məktəb rəhbərliyi, müəllim, şagird və valideynlər iştirak etdilər. Ədəbi-bədii gecəni məktəbin direktoru Nemət Məmmədov açıq elan edərək Səməd bəy Mehmandarovun hərb tariximizdəki mövqeyi haqqında qısa məlumat verdi. Sonra söz məktəbin GÇH rəhbəri Rəşad Məlikəliyevə verildi. R.Məlikəliyev general Səməd bəy Mehmandarovun hərb tariximizdəki rolu haqqında geniş məruzə ilə çıxış etdi. Sonra məktəbin tarix fənni üzrə metodbirləşmə sədri Miladə Qazıbəyovanın rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii gecə şagirdlərin çıxışı ilə davam etdi. Ədəbi- bədii gecədə 10 a sinif şagirdi Mahmudova Əsli C.Cabarlının "Azərbaycan bayrağına", 9c sinif şagirdi Aslanov Turqut M.Arazın "Ayağa dur, Azərbaycan" şeirini söylədilər. Tədbirdə 9 a sinif şagirdi Mustafayeva Mürəstə, 10 a sinif şagirdləri Həsənova Bahar,Musayeva Amina,Rzayev Emil fəal iştirak etdilər.Ədəbi-bədii gecənin sonunda məktəbin direktoru N.Məmmədov çıxış edərək bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam təqdirəlayiqdir. Belə tədbirlərdə gənc nəsil vaxtilə böyük xidmətləri olmuş şəxsiyyətlərimizi yaxından tanıyır, böyüməkdə olan nəsil onların həyat yolunu örnək kimi qəbul edir.