" Şuşa həsrəti " - Dəyirmi masa

08.05.2018 - ci il tarixdə Bakı şəhər Xətai rayon 165 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin işğalının 26-cı ildönümü münasibətilə " Şuşa həsrəti " adlı tədbir təşkil olundu.Tədbirdə iştirak edən qonaqlar şagirdlərlə Şuşa şəhəri haqqında xatirələrini bölüşdülər. Şagirdlər Şuşanın tarixi ,coğrafi mövqeyi , ziyalıları haqda geniş məlumat verdilər. Tədbirin sonunda məktəbin direktoru Vüqar Məmmədov çıxış edərək - "Qələbə günü" nü Şuşada qeyd edəcəyik" - söylədi və şagirdlərin belə vətənpərvər ruhda yetişməsində əməyi keçən bütün müəllimlərə , iştirakçılara təşəkkür etdi.