" Bir şagirdin məktəb yolu " -Layihə

Bildiyimiz kimi artıq tədris ili yekunlaşır. Bu tədris ilinin bitməsinin ən böyük sevincini və kədərini məktəbin məzunları yaşayacaqdır. Məktəbimizdə son bir ildə bir neçə layihələr icra etmişik ki, bunlar da şagirdyönümlü olmuşdur. Məzun olacaq şagirdlərimiz üçün bu tədris ilinin yekunu olaraq kiçik video müsabiqə keçirləcəkdir.
"Bir şagirdin məktəb yolu" adlanacaq layihəmizin əsas məqsədi məzun olacaq şagirdlər arasında 3-5 dəqiqəlik video təqdimatın hazırlanmasıdır. Sonda münsiflər heyətimiz ən yaxşı video təqdimatları mükafatlandıracaqdır. Video təqdimatda məktəbimizin hər bir məzunu iştirak edə bilər. Əsas ideya məktəb illərini kiçik bir video süjetdə təqdim etməkdir. Əlavə olaraq qeyd edim ki, digər məktəblər də arzu etdikləri təqdirdə məktəbimizin layihəsində könüllü surətdə iştirak edə bilərlər. Hazır olan video materialları mesajla şəxsən mənə göndərə bilərsiz. Əvvəlcədən hamıya uğurlar arzu edirəm.