" Zəfər günləri " -Tədbir

02.04.2018-ci il tarixdə Bakı şəhər Xətai rayon 165 nömrəli tam orta məktəbdə " Aprel döyüşləri" nə həsr olunmuş tədbir keçirildi.Tədbir başlamazdan əvvəl şəhidlərimizin əbədi xatirəsi 1 dəqiqəlik sükutla anıldı.Tədbir iştirakçıları "Aprel döyüşləri" nin tariximizdə "Zəfər günləri " kimi yadda qalacağını qeyd etdilər.Tədbirdə 165 nömrəli məktəbin Fəxri məzunu Təbriz Musazadə və digər 92 qəhrəmanımız haqqında müxtəlif şeirlər səsləndi,videoçarxlar nümayiş etdirildi. Şəhidlərimizi göz yaşlarıyla anan şagirdlərimiz həm də belə qəhrəmanlardan nümunə götürdüklərini ,onlarla qürur duyduqlarını bildirdilər.Tədbirdən sonra məktəbin müəllim və şagird kollektivi Şəhid Təbriz Musazadənin ev muzeyinə, daha sonra II Fəxri Xiyabana Şəhidlərimizin müqəddəs qəbirlərini ziyarətə getdilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin.