" Güldən gözəl analar " - Tədbir

07.03.2018-ci il tarixdə Bakı şəhər Xətai rayon 165 nömrəli məktəbdə 8 mart Beynəlxalq qadınlar günü münasibətilə"Güldən gözəl analar" adlı tədbir keçirildi.Tədbirdə məktəbin xanım müəllimləri üçün müxtəlif sürprizlər,maraqlı hədiyyələr təqdim olundu.Tədbirin sonunda məktəbin direktoru Vüqar Məmmədov çıxış edərək müəllimləri bu gözəl bayram münasibətilə təbrik etdi.Pedaqoji fəaliyyəti,ictimai fəallığı ilə seçilən bəzi müəllimlərə Fəxri Fərmanlar təqdim olundu.