" Ana dilim şirindir " -Tədbir

21.02.2018-ci il tarixdə Bakı şəhər Xətai rayon 165 nömrəli tam orta məktəbdə Beynəlxalq ana dili günü münasibətilə "Ana dilim şirindir" adlı tədbir keçirildi.Tədbirdə Azərbaycan dilinin tarixi,zənginliyi,saflığı barədə geniş məlumat verildi.Məktəblilərin ifasında rəngarəng rəqslər,mahnlar,səhnəciklər tədbiri daha da maraqlı etdi.Tədbirin sonunda çıxış edən məktəb direktoru Vüqar Məmmədov və məktəbin qonaqları fiologiya elmləri doktoru, professor Kamil müəllim Bəşirov və pedaqogika üzrə fəlsəfə doktoru Adil müəllim Balıyev tədbir iştirakçılarını,müəlliml və şagirdləri təbrik edərək belə tədbirlərin gənc nəsildə vətənpərvərlik,soy kökünə bağlılıq hissinin aşılanmasında xüsusi rolunun olduğunu qeyd etdilər.