" Novruz sevincləri " -Tədbir

19.03.2018-cil il tarixdə Bakı şəhər Xətai rayon 165 nömrəli tam orta məktəbdə Novruz şənliyi keçirdi. Novruz bayramının atributları və adət-ənənəsi üzərində tərtib edilən tədbirdə məktəb şagirdləri fəal iştirak etdilər. Milli rəqslərlə yanaşı digər xalq rəqsləri ifa edildi. Şagirdlərimizin ifasında saz havası , xalq mahnıları səsləndirildi. Tədbirin sonunda məktəbin direktoru Vüqar Məmmədov məktəbdə ilk belə böyük tədbirin keçirilməsini vurğulayaraq, Novruz bayramı münasibətilə müəllim, valideyn və tədbir iştirakçılarının bayramını təbrik etdi.