Rus dili və ədəbiyyatı olimpiadası

Məktəbimizin rus bölməsinin 7 f sinif şagirdləri Həmzəyeva Məryəm və Əhmədli Əhməd Rusiya FR Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə Bakıda keçirilən "X Respublika rus dili və ədəbiyyatı olimpiadasında" iştirak edərək xüsusi sertifikata layiq görülmüşlər. Olimpiadanın nəticələri yaxın zamanda elan olunacaqdır. Şagirdlərimizi və rus dili və ədəbiyyatı müəllimi Şerminskaya İnna müəllimi əldə etdikləri uğur münasibətilə təbrik edirik.