" Sözün sehri " - Layihə

21 dekabr tarixində məktəbimizdə "Sözün sehri" adlanan bədii qiraət yarışmasının növbəti mərhələsi təşkil olundu. Yarışmanın əsas məqsədi hər bir paralel siniflərdən bədii qiraət üzrə istedadlı şagirdlərin aşkar olunmasına, Azərbaycan ədəbiyyatına şagirdlərin marağını daha artırılmasına yönəltməkdir. Üçüncü turda VII və VIII siniflər üzrə hər sinifdən iki şagird olmaqla cəmi 14 şagird iştirak etmişdir. Şagirdlər bu turda Nizami Gəncəvi yaradıcılığına müraciət etmişdirlər. Sonda 3 şagirdin təqdimatının hazırlanmasına qərar verildi. Təqdimatları növbəti gün Sizlərə təqdim edəcəyik. Növbəti həftə IX - XI siniflərin seçim turu planlaşdırılır.