" Dahi şəxsiyyət " - Dəyirmi masa

Azərbaycan tarixi bir çox tarixi şəxsiyyətlər yetişdirib. Hər bir dövrün öz böyük dahisi olsa da, ümummilli liderimiz Heydər Əliyev bütün dövrlərin ən dahi şəxsiyyətidir. Onun səmimi, gülərüz, təvazökar danışığı, insanları, cəmiyyətinın bütün təbəqələrindən olan insanları ilə sadə danışığı hər zaman məni valeh etmişdir. Çoxu zaman onun söhbətlərinə qulaq asanda hər zaman yeni bir dərs almış olurdum. Peşəkar müəllimin dostu, hər zaman onun yanında olan bir vətəndaş kimi müəllimlərin, təhsilin qoruyucusu olmuşdur. Bizim Heydər Əliyevdən öyrənəcəyimiz hələ çox anlar vardır. Çünki, O, canlı bir tarix idi. Azərbaycan adı çəkiləndə daima gözləri yaşaran Heydər Əliyevə biz bu günümüz və gələcəyimizi borcluyuq. Xalqımızın, dövlətimizin bu günü üçün ömrünü həsr edən bir insan kimi daima qəlblərimizdə yaşayacaqdır. Dahi insanlar əsla unudulmur. Minnətdaram Sizə möhtərəm Heydər Əliyev .