" Sözün sehri " - Layihə

7 dekabr tarixində məktəbimizdə "Sözün sehri" adlanan bədii qiraət yarışmasına başladıq. Yarışmanın əsas məqsədi hər bir paralel siniflərdən bədii qiraət üzrə istedadlı şagirdlərin aşkar olunmasına, Azərbaycan ədəbiyyatına şagirdlərin marağını daha artırılmasına yönəltməkdir. İlk turda V siniflər üzrə hər sinifdən iki şagird olmaqla cəmi 8 şagird iştirak etmişdir. Şagirdlər öz bədii yaradıcılığını Azərbaycan haqqında, vətənpərvərlik haqqında mövzulara üstünlük vermişdirlər. Sonda 5 a sinif şagirdi Mikayıll Qönçə və 5d sinif şagirdi Balamedova Ayşə qalib seçilmiş və final turda iştirak etmək hüququ qazanmışdırlar. Növbəti həftə VI siniflərin seçim turu planlaşdırılır.