" Dünya kubokunun qalibi "

Məktəbimizin VI b sinif şagirdi Hüseynzadə Sənan bu gün bizləri öz uğurları ilə sevindirdi. 30 noyabr - 4 dekabr tarixlərində Dünya Yüngül Kontakt Karate Federasiyası tərəfindən Bakıda keçirilən Yüngül Kontakt Karate üzrə Dünya Açıq kubokunda 11 yaş qrupunda və -30 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya kubokunun sahibi olmuşdur. Sənanı əldə etdiyi uğur münasibətilə 165 № li tam orta məktəbin rəhbərliyi, müəllimləri və şagirdləri adından səmimi qəlbdən təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.