" İlk qəzetimiz " -Layihə

4 dekabr tarixində məktəbimizdə daha bir layihəyə başladıq. Məktəb daima inkişafda olan bir ocaqdır. Onun fəaliyyəti gələcəyin müxtəlif peşələrdən olan şəxslərin formalaşmasına bilavasitə təsir göstərir. Belə peşələrdən biri də jurnalistika və onunla bağlı sahə olan qəzet nəşridir. Qəzet nəşri zamanı redaktorlar, rəssamlar, korrektorlar, araşdırmaçılar, fotoqraflar, junnalistlər yetişə bilər. Bu baxımdan bu gün məktəbimizin "Dəyanət" adlanan qəzetini təsis etdik. Şagirdlərimizlə birlikdə dekabr ayına qəzetin ilk sayının nəşrini nəzərdə tuturuq. Ümid edirik, bu layihəmiz uğurları ilə yadda qalacaqdır.
Xeyirli olsun!