" Sizinlə fəxr edirik "

Məktəbimizin V a sinif şagirdləri təkcə bilik və bacarıqları ilə deyil, həmçinin idman sahəsində də öz istedadları ilə seçilirlər. Həsənzadə Jalə üzgüçülük üzrə bir çox yarişlarda öz həmyaşıdlarını geridə qoymağı bacarır. Son yarışlarda Bakı üzrə birinci və ikinci yerə layiq görülərək bizləri sevindirdi. Həmçinin Namazzadə Cavid cüdo idman növündə Xətai rayonu üzrə öz həmyaşıdları arasında birinci yerə layiq görülüb. Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.