Məktəbdaxili qiymətləndirmə

22 noyabr 2017-ci il tarixində məktəbimizin Azərbaycan və rus bölməsində oxuyan IX sinif şagirdləri və onlara dərs deyən Azərbaycan dili və riyaziyyat müəllimləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüş zamanı 25 noyabr 2017-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəb tərəfindən keçiriləcək Azərbaycan dili və riyaziyyat fənlərindən olacaq imtahan haqqında məlumat verildi. İmtahanın mahiyyəti, sual və cavab kartları ilə işləmək qaydaları məktəb direktoru tərəfindən ətraflı izah olundu. Həmçinin şagirdləri və müəllimləri maraqlandıran suallar müzakirə olunaraq cavablandırıldı. İmtahan verəcək bütün şagirdlərə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi