" Gün var əsrə bərabər " - Həftəyə bir kitab oxuyaq layihəsi

20 oktyabr 2017-ci il tarixində məktəbimizdə "Həftəyə bir kitab oxuyaq" layihəsi çərçivəsində Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin VII siniflər ilə təhlilini və müzakirəsini təşkil etdik. Müzakirə zamanı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İsmayılova Nərminə müəllim əsər haqqında şagirdlərə geniş məlumat verdi və eyni zamanda həmin əsərin tam versiyasının oxunması üçün müvafiq istiqamətlər göstərdi. Növbəti həftə VIII sinifdə oxuyan şagirdlərlə yeni bir əsərin təhlilini təşkil edəcəyik.