" Təcrübədən həyata " -Layihə

Məktəbimizdə daha bir layihəyə başlayırıq. Bu layihə digərlərindən fərqli olaraq kimya fənnini əhatə edəcək. Layihəmiz "Təcrübədən həyata" adlanacaq. Layihə çərçivəsində kimya elminə olan marağı artırmaq məqsədilə xüsusilə IX - XI siniflərdə məktəbin kimya müəllimi Eyvazova Xədicə müəllimin rəhbərliyi ilə kimyəvi təcrübələrin aparılması, onların video təqdimatı nəzərdə tutulmuşdur. Artıq ilk təcrübəmiz və təqdimatımız hazırdı və onu Sizlərə təqdim edirəm. "Hidrogen peroksiddən oksigen qazının ayrılması" təcrübəsi çox maraqlı anlar ilə yadda qaldı. Təcrübəni X sinif şagirdi Bəşir İbayev təqdim edir. Uğurlu olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi